MƏDƏNİYYƏT


“Eşqə Yolçuluq” səhnə əsəri maraqla qarşılanıb

Bakı, 26 may, Aynur İsmayılova, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrında Yunus Əmrənin həyat və yaradıcılığından bəhs edən “Eşqə yolçuluq” tamaşasının premyerası keçirilib.

AZƏRTAC xəbər verir ki, səhnə əsəri Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə təqdim olunub.

Tamaşanın təqdimatından əvvəl institutun müdiri İbrahim Yıldırım, böyük türk şairinin həyatını və düşüncələrini vəsf edən bu möhtəşəm gecəyə təşrif gətirənləri səmimiyyətlə salamlayıb. Bildirib ki, Yunus Əmrə 700 il əvvəldən günümüzə qədər uzanan bir dil körpüsü, insandan insana uzadılmış sevgi, qardaşlıq və dözümlülük əlidir. Aradan keçən bu qədər zamana baxmayaraq, bu gün də bəşəriyyətə söyləyəcək sözü olan bir dil və könül ustasıdır. Bu səbəbdən onun həyatı, şəxsiyyəti, düşüncələri, sufiliyə gətirdiyi dərinlik və dünyəvi insan sevgisinin doğru bir şəkildə bilinməsi son dərəcə əhəmiyyətlidir. Bildirib ki, Yunus Əmrənin adını daşıyan bir qurumun belə bir teatr səhnəciyini təqdim etməsi məsuliyyətli olduğu qədər də, həyəcan və qürürvericidir.

Sonra tamaşa nümayiş olunub.

Teatrın 8 aylıq hazırlıq mərhələsindən sonra nümayiş etdirilən səhnə əsəri tamaşaçıların böyük marağına səbəb olub. Bu tamaşada professional aktyor və aktrisalar - Rövşən Ağayev, Yaqut Paşazadə, Hikmət Rəhimov, Novruz Novruzlu, Esmiralda Abdullayeva, Şamil İbrahimovla yanaşı, Yunus Əmrə teatr klubunun tələbələri də rol ifa ediblər.

Tamaşaçıları ilahi eşqin dərinliyinə aparan teatr səhnəsi izləyənlərə unudulmaz anlar bəxş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.