DÜNYA
“Essilor” şirkəti “Ray-Ban” eynəklərinin istehsalçısı “Luxottica Group”u 22,8 milyard avroya alacaq
Bakı, 16 yanvar, Nihad Budaqov, AZƏRTAC
Fransanın linza istehsalçısı “Essilor International SA” şirkəti “Ray-Ban” eynəklərinin istehsalçısı, mərkəzi ofisi Milanda yerləşən “Luxottica Group SPA”nın təxminən 22,8 milyard avroya alınması üzrə razılığa gəlib.
AZƏRTAC xəbər verir ki, bununla da, eynək sahəsində ən böyük istehsalçı ilə pərakəndə satış həyata keçirən iki şirkət birləşəcək.
Şirkətlərdən edilən şərhə görə, “Luxottica”nın sərmayəçiləri sahib olduqları hər səhm qarşılığında 0,461 faizlik “Essilor” səhmi alacaqlar.
Bu şərhlərdən sonra “Essilor”un bazar dəyəri 19 faiz, “Luxottica”nın dəyəri isə 15 faiz artıb.