DÜNYA


Estoniya Bankı “Rio-2016” Olimpiya Oyunlarının şərəfinə xatirə avro buraxıb

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Estoniya Bankı Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında yarışan bu ölkənin idmançılarının şərəfinə gümüş xatirə sikkəsi buraxıb.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, sikkənin nominal dəyəri 10 avro təşkil edir. Litva sikkəxanasında zərb olunan və 5 min nüsxə tirajla buraxılan sikkənin dizaynının müəllifi Martin Pyarndır.

"Estoniya Bankı belə sikkələrin satışından cəmi 200 min avro qazanmaq niyyətindədir. Lakin bunun üçün bir neçə il lazım ola bilər", - deyə yerli media məlumat verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.