İQTİSADİYYAT


Estoniya “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulur

A+ A

Bakı, 25 noyabr, Elvin Camalov, AZƏRTAC

Estoniya “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulur.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov deyib.

O bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC bu layihə ilə bağlı “Estoniya Dəmir Yolları” Milli Şirkəti ilə görüşlər keçirir. Estoniyanın Paldski limanı “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşulur.

İ.Hüseynovun sözlərinə görə, Şimali Avropa ölkələrinin yükləri bu limanda cəmləşir. Yüklər Rusiya, Azərbaycan üzərindən İrana, oradan isə Fars körfəzinə daşınacaq.

“Bununla bağlı növbəti görüşü dekabrın ilk ongünlüyündə keçirməyi nəzərdə tuturuq. Görüşdə Azərbaycan, Estoniya, Rusiya və İran iştirak edəcək və memorandumun imzalanması nəzərdə tutulub. Həmçinin Gürcüstan, Qazaxıstan dəmir yolları ilə də danışıqlar aparılacaq. “Qərb-Şərq” nəqliyyat dəhlizinin aktivləşdirilməsi, yüklərin artırılması, gələn ilə üçün planlaşdırılan işlərə ümumi baxış keçirilməsi nəzərdə tutulur”, - deyə İ.Hüseynov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.