İQTİSADİYYAT
Estoniya nümayəndə heyəti Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək
Tallinn, 17 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Estoniya Respublikasındakı səfirliyinin dəstəyi ilə Estoniya Maliyyə Nazirliyinin Vergi və Gömrük Departamentinin rəhbəri Marek Helm, Estoniya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun üzvü Denis Borodiç, Estoniya Dəmir Yolu Daşımaları üzrə Dövlət Şirkətinin idarə heyətinin sədri Raul Toomsalu, “Estoniya Poçtu” QSC-nın sədri Aavo Karmas və Paldiski şəhərinin Şimal Ticarət Dəniz Limanının rəhbəri Aleksandr Kovalyovdan ibarət nümayəndə heyəti noyabrın 22-26-da Azərbaycanda səfərdə olacaq.
Azərbaycanın Estoniyadakı səfirliyindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Respublikasının Milli Məclisində, Vergilər və Rabitə və Yüksək Texnologiyalar nazirliklərində, Dövlət Gömrük Komitəsində, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərpoçt” MMC-də görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda nümayəndə heyətinin üzvləri Bakıda AZƏRTAC-ın media tərəfdaşlığı ilə keçiriləcək “Strateji Tərəfdaşlıq 1520: Xəzər Regionu” adlı Beynəlxalq Dəmir Yolu Biznes Forumunun işində də iştirak edəcəklər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn