DÜNYA


Estoniya parlamenti ölkənin Baş nazirinə etimadsızlıq rəyi bildirib

A+ A

Tallin, 11 noyabr, AZƏRTAC

Estoniya parlamenti (Riygikoqu) Baş nazir Taavi Rıyvasa etimadsızlıq rəyi bildirib. 101 yerlik parlamentdə müvafiq qərarı (bunun üçün zəruri 51 səs tələb olunur) 63 deputat dəstəkləyib, 28 deputat əleyhinə çıxıb.

Yerli KİV-lərin məlumatına görə, bir gün ərzində Riygikoqu spikeri ölkə Prezidentinə etimadsızlıq rəyi barədə məlumat verməlidir. Bundan sonra dövlət başçısı 14 gün ərzində təklif edilən namizədlərdən birini yeni baş nazir təyin etməlidir. Yeni baş nazir isə iki həftə ərzində hökuməti təşkil etməlidir.

Hökumətə etimadsızlıq rəyi çıxarmaq barədə təklif bir gün əvvəl parlamentə 41 müxalif deputat tərəfindən təqdim olunub. Bu təşəbbüsü, həmçinin hakim koalisiyaya daxil olan Sosial Demokrat Partiyası, “Vətən və Respublika İttifaqı” dəstəkləyib. Estoniya parlamentinin altı fraksiyasından beşinin rəhbəri Taavi Rıyvası könüllü istefa verməyə çağırıb, lakin o, bunu etməkdən imtina edib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.