DÜNYA


Estoniya parlamenti yeni prezidenti seçə bilmədi

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Estoniya parlamenti avqustun 30-da səsvermənin üçüncü turunda da yeni prezidenti seçə bilməyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, nə hakim Sosial-Demokratik Partiya koalisiyasına daxil olan fraksiyaların və İslahat Partiyasının dəstəklədiyi Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siym Kallas, nə də müxalif Mərkəz Partiyasının dəstəklədiyi parlamentin deputatı Maylis Reps qələbə qazanmaq üçün lazım olan səs sayını toplaya bilməyib.

Bundan sonra prezident parlamentin 101 deputatının və yerli özünüidarənin 234 nümayəndəsinin daxil olduğu seçicilər kollegiyası tərəfindən seçiləcək. Bu mərhələdə qalib gəlmək üçün namizədə sadə səs çoxluğu kifayət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.