DÜNYA


Estoniya prezidentinin əri xidməti avtomobildən və katibədən imtina edib

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Estoniyanın yeni prezidenti Kersti Kalyulaydın əri Georgi-Rene Maksimovski qanunla onun üçün nəzərdə tutulan xidməti avtomobildən, katibədən imtina edib və yalnız prezidentin həyat yoldaşı üçün ayrılan aylıq vəsaitlə kifayətlənib. Bunu oktyabrın 13-də dövlət başçısının ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Taavi Linnamyae bildirib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Maksimovski prezidentin həyat yoldaşı üçün nəzərdə tutulan müəyyən vəzifələri icra edəcək və vəzifə kompensasiyası haqqında qanuna əsaslanan əməkhaqqını alacaq. Bu məqsədlə qanunda nəzərdə tutulan nümayəndəlik xərcləri prezidentin aylıq maaşının 30 faizi qədərdir. Hazırda dövlət başçısının əməkhaqqı 5299 avro olduğundan bu məbləğ 1590 avro təşkil edir.

Xatırladaq ki, Estoniyanın yeni prezidenti Kersti Kalyulayd oktyabrın 10-da parlamentdə vəzifə andı içdikdən sonra rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

Kalyulayd ailəsinin dörd övladı – bir qızı və üç oğlu var. İxtisasına görə mühəndis olan Maksimovski Tartus Universitetinin Kibernetika İnstitutunda işləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.