DÜNYA


Estoniyada prezidenti birinci turda seçə bilməyiblər

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Seçənlər kollegiyası səsvermənin birinci turunda Estoniya prezidentini seçə bilməyib. Belə ki, beş namizədin heç biri bu turda qələbə üçün lazım olan miqdarda (50 faiz+1 səs) səs toplaya bilməyib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, səsvermənin yerli vaxtla saat 16:00-da (Bakı vaxtilə saat 17:00) başlayacaq ikinci turuna ilk turda ən çox səs alan vəkil Allar Yıks və hakim İslahatçı Partiyanın fəxri sədri, Avropa Komissiyasının sabiq vitse-prezidenti Siym Kallas çıxıblar.

Estoniyada prezident seçkilərinin ikisəviyyəli sistemi fəaliyyət göstərir: əvvəlcə dövlət başçısını parlamentdə seçməyə cəhd göstərirlər. Namizədlərdən heç biri burada lazımı miqdarda səs yığa bilməsə, seçkilər bu dəfə olduğu kimi, seçənlər kollegiyasında davam etdirilir. Kollegiyaya parlamentin101 deputatı və yerli idarəetmənin 234 nümayəndəsi, ümumilikdə 335 nəfər daxildir. Əgər prezidenti ikinci turda da seçmək mümkün olmasa, 14 gün ərzində parlamentin növbədənkənar iclası çağırılmalı və seçki prosesi yenidən başlamalıdır.

Estoniyanın müstəqilliyi bərpa olunduqdan sonra prezidenti parlamentdə yalnız iki dəfə - 1992 və 2011-ci illərdə seçmək mümkün olub. 1996, 2001 və 2006-cı illərdə ölkə prezidentini seçənlər kollegiyası seçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.