İQTİSADİYYAT


Estoniyanın Yol Agentliyinin əməkdaşları üçün “Azəravtoyol” ASC-də infotur təşkil edilib

Bakı, 23 may, Elvin Camalov, AZƏRTAC

Estoniyanın Yol Agentliyinin əməkdaşları üçün “Azəravtoyol” ASC-də infotur təşkil edilib.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Estoniyanın Yol Agentliyinin əməkdaşları ölkəmizdə səfərdədirlər. Xarici qonaqlar üçün “Azəravtoyol” ASC-də infotur təşkil edilib. İnfotur “Azəravtoyol” ASC-nin inzibati binasından başlayıb.

3 gün davam edəcək infoturun məqsədi müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın da yol tikintisi və texniki qulluq sistemləri ilə tanış olmaq və yol üzrə yerli qurumlar, şirkətlər və mühəndislərlə qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.

Estoniyanın Yol Agentliyinin 18 nəfərdən ibarət nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın yol tikinti proqramlarının icrası və inkişafı, həmçinin yol sistemi ilə tanış olacaq, sifarişçilərlə görüşəcəklər.

Qeyd edək ki, Estoniyanın Yol Agentliyinin mühəndisləri infotur zamanı Bakı-Şamaxı avtomobil yolunun 4 zolağa genişləndirilməsi, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda tikinti layihələri, həmçinin Bakı şəhərində yol infrastrukturunun yenidən qurulması çərçivəsində aparılan işlərlə tanış olacaqlar.

İnfotur may ayının 26-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.