DÜNYA


“EtihadAirways” aviaşirkəti Qətərə uçuşları dayandırıb

Abu-Dabi, 5 iyun, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli aviadaşıyıcısı olan “EtihadAirways” aviaşirkəti sabahdan etibarən Qətərə uçuşları dayandıracaq.

Aviaşirkətin rəsmi nümayəndəsi bildirib ki, iyunun 6-dan etibarən bu şirkət həm Qətərə uçuşları, həm də Qətərdən uçuşları dayandıracaq.

Bundan əvvəl BƏƏ, Səudiyyə Ərəbistanı, Misir və Bəhreyn terrorizmi dəstəkləməkdə və regionda sabitliyi pozmaqda ittiham edilən Qətər dövləti ilə diplomatik münasibətləri kəsdiklərini və bu dövlətlə dəniz, hava və quru sərhədlərini bağladıqlarını elan ediblər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.