ELM VƏ TƏHSİL
“Etika Akademiyası”nın rəhbəri tələbələrə biznes etikasından danışıb
Bakı, 19 dekabr, AZƏRTAC
Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) “Etika Akademiyası”nın direktoru Günel İbrahim Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələrinə “Biznes etikası” mövzusunda seminar keçib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda tələbələrə “Biznes etikası”, “Uğurlu karyera” və “İş görüşmələri” mövzularında məlumatlar verilib. Qeyd olunub ki, biznesdə uğur əldə etməyin əsas şərtlərindən biri peşəkar davranış qaydalarını bilməkdir.
Gənclərə şirkətlər üçün əməkdaşların hazırlanması qaydaları izah olunub, suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]