ELM VƏ TƏHSİL


“Etika: tarix, nəzəriyyə və təcrübə” adlı dərs vəsaiti çapdan çıxıb

Bakı, 7 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) sosial elmlər və psixologiya fakültəsinin professoru Qızılgül Abbasovanın “Etika: tarix, nəzəriyyə və təcrübə” adlı dərs vəsaiti çap olunub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, dərs vəsaitində sistemli olaraq etikanın elmi paradiqmasının formalaşması tarixi, etik kateqoriyalar ətraflı araşdırılır. Etikaya aid müxtəlif nəzəriyyələr, dünyada gedən proseslərin etika elminə təsiri həm nəzəri, həm praktik baxımdan təhlil edilir. Eyni zamanda, nəşrdə etika problemləri ilə yanaşı, bir çox fəlsəfi, sosial-siyasi, sosial-psixoloji məsələlər də araşdırmaya cəlb olunub.

Dərs vəsaiti ali məktəb tələbələri, tədqiqatçı və mütəxəssislər, etika, əxlaq, mənəviyyat məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.