REGİONLAR


Etilen-polietilen zavodunda aparılan əsaslı təmir işləri yekunlaşıb

A+ A

Sumqayıt, 16 sentyabr, AZƏRTAC 

“Azərikimya” İstehsalat Birliyinin akt zalında idarə və müəssisə rəhbərlərinin, baş mühəndislərin, istehsalat və sex rəislərinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssislərin iştirakı ilə cari ilin avqustun 5-dən sentyabrın 5-dək Etilen-polietilen zavodunda aparılan əsaslı təmir işləri zamanı əldə olunmuş uğurlara, eyni zamanda, əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində qeydə alınan qayda pozuntularının müzakirəsinə dair müşavirə keçirilib.

Birliyin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, tədbirdə Əməyin mühafizəsi və ekologiya şöbəsinin hesabatı dinlənilib, əsaslı təmir zamanı əldə olunan uğurlar və qeydə alınan qayda pozuntuları keçənilki əsaslı təmirlə müqayisəli şəkildə slaydlar vasitəsilə təqdim edilib.

Müşavirədə çıxışlar dinlənilib, istehsalat rəhbərləri qeyd olunan nöqsanların aradan qaldırılması və bir daha təkrarlanmaması üçün həyata keçirilən tədbirlərdən danışıblar.

“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək tövsiyələrini verib.

Sonda Etilen-polietilen zavodunda aparılan əsaslı təmir işləri zamanı fərqlənən bir qrup kimyaçıya fəxri fərman və pul mükafatı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.