DÜNYA


Etnik ukraynalı qadın Kanadanın xarici işlər naziri təyin edilib

Kiyev, 11 yanvar, AZƏRTAC

Ukrayna mənşəli kanadalı yazıçı, jurnalist və siyasətçi Xristya Friland Kanadanın yeni xarici işlər naziri təyin edilib. AZƏRTAC Ukrayna KİV-lərinə istinadla bildirir ki, Kanadanın baş naziri Castin Trüdo bu barədə özünün facebook səhifəsində məlumat verib.

Trüdo yazır: “Biz kanadalılar qarşısında öz öhdəliklərimizi yerinə yetirmək səylərimizi bərpa edirik. Buna görə də Nazirlər Kabinetinin növbəti iclasında yeni nazirləri salamlamaq imkanını səbirsizliklə gözləyirəm”.

Friland bundan əvvəl Kanadanın beynəlxalq ticarət naziri vəzifəsində çalışıb.

Ukrayna Prezidenti Pyotr Poroşenko da özünün facebook səhifəsində Frilandın yeni təyinatını alqışlayıb. P.Poroşenko yazır: “Fəxr edirik və dəstəkləyirik”.

Xristya Friland Kanadanın Albert əyalətindəki Pis-River şəhərində anadan olub. Onun anası Qalina Xomyak-Friland Ukrayna mənşəlidir. Friland jurnalist karyerasına Ukraynada “Financial Times”, “The Washington Post” və “The Economist” nəşrlərinin strinqeri kimi başlayıb. Daha sonra o, Londonda “Financial Times” nəşrinin redaktor müavini, Britaniya xəbərlərinin redaktoru, Moskva bürosunun rəisi, FT.com uikend-nəşrinin Şərqi Avropada müxbiri və redaktoru olub.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.