REGİONLAR


Etnoqraf-alimin monoqrafiyaları işıq üzü görüb

Naxçıvan, 8 dekabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, etnoqraf-alim Hacı Qadir Qədirzadənin ““Kitabi–Dədə Qorqud” və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər” və “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” adlı monoqrafiyaları işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, ““Kitabi–Dədə Qorqud” və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər” adlı monoqrafiyada “Kitabi–Dədə Qorqud” boylarında adətlər, inamlar, ailə məişət münasibətləri təsvir edilib. Onların Naxçıvan paralelləri, “Bilqamıs” dastanı, həmçinin digər türk xalqları ilə ortaq cəhətləri əks olunub. Tədqiqatlarda daha çox ayrı-ayrı boylar üzrə qarşılaşdırmalara, tarixi proseslərə, bir sıra adət və inamların genezisinə, müasir məişət münasibətlərində onların yerinə üstünlük verilməsinə çalışılıb.

Qeyd edək ki, yeni nəşrdə daha çox dastana və toplanılmış etnoqrafik materiallara istinad edilir.

“Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” adlı monoqrafiyada isə dünya-insan münasibətləri, həmçinin mənəvi mədəniyyətimizin ən ciddi məqamlarından sayılan insanın daxili ailəmi, həyat və ölüm, bunların vəhdəti, kamillik həddinə yüksəlmə yolları araşdırılıb. 2006-cı ildən qələmə alınan tədqiqat əsərində Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin və digər dahilərin əsərlərindən parçalar verilib, onların baxışlarında məsələyə münasibət göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.