SİYASƏT


“EurActiv”: Azərbaycan Avropada islamofobiyaya qarşı istehkam kimi

A+ A

Brüssel, 4 oktyabr, AZƏRTAC

Avropa İttifaqı məsələlərini işıqlandıran “EurActiv” xəbər portalında sentyabrın 29-30-da keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı “Azərbaycan Avropada islamofobiyaya qarşı istehkam kimi” adlı məqalə yayılıb.

Məqalədə Forumda dünyaya çox mühüm mesajların ünvanlandığı, eyni zamanda, narahatlıq doğuran bir çox məsələlərə toxunulduğu qeyd edilir. Bildirilir ki, Avropada artmaqda olan islamofobiya ilə bağlı narahatlıq ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dilə gətirilib, onun ardınca çıxış edən nümayəndələr də eyni fikri bölüşüblər.

Məqalədə Azərbaycan Prezidentinin son illər Avropada, o cümlədən dünyanın digər yerlərində təhlükəli və narahatedici hadisələrin baş verməsi, xüsusilə Avropada antimiqrant meyillərin güclənməsi ilə bağlı fikirlərinə də yer verilir.

Yazıda, həmçinin ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin Prezident İlham Əliyevin xalqlar arasında anlaşmanın inkişafı üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiyi diqqətə çatdırılır. Bildirilir ki, baş direktor BMT Təhlükəsizlik Şurasının dünyada təhlükəsizliyin qorunmasına xələl gətirən təhdidlərin qarşısının alınmasında qeyri-effektiv rolundan bəhs edərək, Şuranın üzərinə düşən vəzifələri Fələstində, Dağlıq Qarabağda, Suriyada, İraqda, Əfqanıstanda, Somalidə və bir çox digər münaqişələr olan yerlərdə yerinə yetirmədiyini vurğulayıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.