SİYASƏT


“EurActiv” portalı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyətinin Belçikaya səfəri haqqında yazıb

A+ A

Brüssel, 7 oktyabr, AZƏRTAC

Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” xəbər portalında oktyabrın 5-6-da Belçikada səfərdə olmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idarə heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayevin və Fuad Muradovun portalın baş redaktoru Georgi Gotevə verdikləri müsahibə dərc olunub.

“Azərbaycan Brüsseli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində köməyə dəvət edir” başlıqlı müsahibədə jurnalistin çoxsaylı suallarını cavablandıran deputatlar səfərlərinin məqsədi və gözləntiləri, həmçinin Brüsseldə keçirdikləri görüşlərdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasında belçikalı siyasətçilərə etdikləri müraciətlər barədə məlumat veriblər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.