SİYASƏT


“Eurasia Hoy” portalında “Azərbaycan və Rusiya: İkitərəfli münasibətlərin dinamizmi” məqaləsi dərc edilib

A+ A

Vaşinqton, 28 oktyabr, AZƏRTAC

Amerikanın ispandilli “Eurasia Hoy” xəbər portalında beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Azərbaycan və Rusiya: İkitərəfli münasibətlərin dinamizmi” sərlövhəli məqaləsi dərc edilib.

Müəllif yazır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin prezidentlik dövrü başlayandan Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələrdə münasibətlər möhkəmlənib. Ekspert qeyd edir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli strategiyasında və xarici siyasətində iki dövlət arasında münasibətlərə birinci dərəcəli əhəmiyyət verilir.

P.Teyz Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın inkişafından söhbət açaraq yazır ki, cari ilin oktyabr ayında Azərbaycan dövlətinin başçısı Rusiya prezidenti və bu ölkənin yüksək vəzifəli şəxsləri ilə bir neçə görüş keçirib. O, Bakıda keçirilmiş üçtərəfli Azərbaycan-İran-Rusiya sammiti çərçivəsində Vladimir Putinlə görüşüb, Federasiya Şurasının vitse-prezidenti İlyas Umaxanovu, Rusiyanın müdafiə naziri Sergey Şoyqunu və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovu qəbul edib. Həmin görüşlərdə bir sıra sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Məqalədə daha sonra Azərbaycan ilə Rusiya arasında görüşlərin və tərəfdaşlığın təfsilatı şərh edilir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.