İQTİSADİYYAT
“Eurodon” şirkətlər qrupu Azərbaycana halal məhsullar ixrac etməyə başlayacaq
Bakı, 15 fevral, AZƏRTAC
Rusiyada hind toyuğu ətinin ən iri istehsalçısı olan “Eurodon” şirkətlər qrupu Özbəkistana, Azərbaycana və Qırğızıstana halal, yəni müsəlman qanunlarına uyğun məhsullar göndərilməsi barədə bu dövlətlərlə razılığa gəlib.
AZƏRTAC RİA “Novosti” agentliyinə istinadla bildirir ki, “Eurodon” şirkətlər qrupunun təmsilçisi deyib: “Azərbaycan, Özbəkistan və Qırğızıstan kimi ölkələrin bazarında işləyən ixracatçılarla danışıqların əsas mövzusu həm soyudulmuş, həm də emal edilmiş şəkildə halal məhsullar ixracı ilə bağlı olub. Həmin ixracatçılarla tərəfdaşlıq münasibətləri yaradılmasına dair niyyət sazişləri bağlanması barədə razılaşma əldə edilib”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]