MƏDƏNİYYƏT


“Euronews” telekanalı “FeMusa” kamera orkestri barədə süjet yayımlayıb VİDEO

Bakı, 8 avqust, AZƏRTAC

“Euronews” telekanalı IX Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edən “FeMusa” kamera orkestri barədə süjet yayımlayıb. Kamera orkestrinin yaradıcısı və bədii rəhbəri, Böyük Britaniyada yaşayan gənc azərbaycanlı skripkaçı, beynəlxalq müsabiqələr laureatı Nəzrin Rəşidovadır.

AZƏRTAC xəbər verir ki, süjetdə orkestrin festivalda çıxışı, kollektiv üzvlərinin “Euronews” telekanalına müsahibələri yer alıb. Qeyd olunur ki, 2008-ci ildə istedadlı qadın musiqiçilərdən təşkil edilən orkestrin repertuarına müasir bəstəkarların əsərləri daxildir. IX Qəbələ Beynəlxalq Musiqi Festivalında “FeMusa” kamera orkestri Qara Qarayev və Fikrət Əmirovun da əsərlərini səsləndirib. Orkestrin üzvü Kati Furmanski “FeMusa”da işləməsinə qədər Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmədiyini söyləyir. Vurğulayır ki, bu əsərlər heyrətamiz üsluba malikdir.

Nəzrin Rəşidova isə müsahibəsində Londonda təhsil aldığı sonuncu ildə kamera orkestri yaratmaq qərarına gəldiyini bildirir. Qeyd edir ki, qadınlardan ibarət bu cür kollektiv Böyük Britaniyada keçən əsrin 50-ci illərindən bəri olmayıb.

Süjetdə Qəbələ Beynəlxalq Musiqi Festivalının tarixi və təşkilatçıları barədə də məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.