MƏDƏNİYYƏT


“Euronews” telekanalında VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında reportaj yayımlanıb VİDEO

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalının səkkizincisi də artıq başa çatıb. Bu musiqi hadisəsi çoxdan Azərbaycanın hüdudlarını aşaraq aləmdə geniş şöhrət qazanıb. Dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilmiş mədəniyyət tədbiri haqqında “Euronews” telekanalının hazırladığı reportaj da böyük tamaşaçı marağını bir daha təsdiqləyir.

Musiqi milliyyəti, dili, dini fərqli olan insanları sehrinə salmaq, qəlbini ovsunlamaq qüdrətinə malikdir. Necə ki, ecazkar Azərbaycan musiqisi qəlbləri riqqətə gətirir, xalqımızın mədəni zənginliyini dünyaya nümayiş etdirir. Bu dəfə də elə oldu. Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan qədim Qəbələ musiqisevərləri yenə bir araya topladı. Milyonlarla tamaşaçı auditoriyası olan populyar beynəlxalq musiqi festivalı Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilir. Onu sərhəd tanımayan musiqi dünyasında artıq öz yeri olan bayram da adlandırmaq olar.

AZƏRTAC xəbər verir ki, dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilmiş mədəniyyət tədbiri haqqında, “Euronews” telekanalının hazırladığı reportaj da bütün bunları bir daha təsdiqləyir.

Reportajda müəllif yaxın illərə kimi Qəbələnin varlığından çoxlarının xəbərsiz olduğunu bildirir. İndi isə 2500 yaşlı bu qədim şəhər musiqisevərlərin diqqət mərkəzindədir. Bir neçə gün ərzində Qəbələ Azərbaycanın musiqi paytaxtına çevrilir. Artıq 8 ildir bu şəhərdə beynəlxalq musiqi festivalı keçirilir.

Qeyd edək ki, füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan Qəbələ ötən bir həftə ərzində musiqisevərlərə yenə də unudulmaz anlar yaşadıb. Azərbaycan belə möhtəşəm tədbirlərin keçirilməsində artıq böyük təcrübəyə sahibdir. Bütün bunlarda Heydər Əliyev Fondunun xüsusi xidmətləri var. Fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çoxsaylı mədəniyyət layihələri mədəniyyətimizin təbliğini yüksək səviyyəyə qaldırıb. Ümumiyyətlə, Heydər Əliyev Fondunun imza atdığı hər bir layihə yüksək təşkilatçılığı ilə yadda qalır. VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı da bu sıraya daxil olmaqla geniş tamaşaçı rəğbəti qazanmış oldu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.