DÜNYA
“Europe1”: Fransada milyarder Rotşildin malikanəsi qarət olunub
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 24-dən 25-nə keçən gecə Sena və Marna (Parisin şərqi) departamentində milyarder Eduard de Rotşildin malikanəsi qarət olunub. Bu barədə “Europe1” radiostansiyası məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, naməlum şəxslər böyük malikanəyə girib və oradan qiymətli zinət əşyaları və nağd pul aparıblar. Radiostansiyanın məlumatına görə, dəyən zərər 200 min avrodan 400 min avroyadək qiymətləndirilir. Oğurlanan məbləğ dəqiqləşdirilir.
Hadisə zamanı Rotşildlər ailəsindən evdə heç kəs olmayıb. Oğurluq barədə polisə malikanədə çalışan xidmətçilər məlumat veriblər.
Eduard de Rotşild “Rothschild & Cie” bankının müşahidə şurasına rəhbərlik edir. O, həmçinin Parisin nüfuzlu “Liberation” qəzetinin sahiblərindən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]