DÜNYA


Eurostat: Lüksemburq əhalisinin yüzdə 99 faizi xarici dil bilir

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Avropa İttifaqına Statistika Bürosunun (Eurostat) məlumatına görə, ittifaqa üzv ölkələrin əhalisinin təxminən yarısı xarici dil bilir. Bu sahədə liderlik Lüksemburqa məxsusdur: yüzdə 99 faiz.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Aİ-nin 24 ölkəsini əhatə edən tədqiqatın nəticələrinə əsasən, Lüksemburqdan sonrakı dörd yeri yüzdə 97 faizlə Litva, 95 faizlə Latviya, 94 faizlə Danimarka, 92 faizlə Sloveniya və İsveç tutur. İlk onluğa, həmçinin Malta (89 faiz), Estoniya və Hollandiya (86 faiz), Slovakiya (85 faiz), Cənubi Kipr (84 faiz), Avstriya və Almaniya (78 faiz) daxildir. Siyahının son iki pilləsində isə Bolqarıstan (39 faiz) və Macarıstan (36 faiz) yer alır.

Eurostatın araşdırması nəticəsində, həmçinin məlum olub ki, Aİ ölkələrində 25-64 yaş arasında işləyən əhalinin orta hesabla hər yüz nəfərindən 66-sı ana dilindən başqa azı bir xarici dil bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.