MƏDƏNİYYƏT
“Eurovision-2014” mahnı müsabiqəsinin finalına vəsiqə qazanan 10 ölkənin çıxış ardıcıllığı bugünkü püşkatmada müəyyən ediləcəkdir VİDEO
Kopenhagen, 8 may (AZƏRTAC). Mayın 8-də “Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcəkdir.
Yarımfinal şousu yerli vaxtla saat 00.00-da “B and V” Arenada başlayacaqdır. Bu şou Danimarkanın rəsmi yayım hüququ olan “DR” telekanalı tərəfindən canlı yayımlanacaqdır.
İkinci yarımfinal mərhələsində 15 ölkə finala keçmək uğrunda yarışacaqdır. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazana biləcəkdir.
AZƏRTAC-ın Danimarkaya ezam olunmuş müxbiri xəbər verir ki, yarımfinal mərhələsində iştirak edən 15 ölkənin çıxışlarından dərhal sonra 15 dəqiqə ərzində təmsilçilərin səs göndərmək hüququ olacaqdır.
Finala vəsiqə qazanmış 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirəcəkdir. Bu tədbirdə püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 10-da “B and V” Arenanın səhnəsində çıxış ardıcıllığı müəyyən olunacaqdır.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen