DÜNYA


“Eurovision-2016”nın qonaqları Stokholmda 31 milyon dollar xərcləyiblər

A+ A

Stokholm, 20 sentyabr, AZƏRTAC

Stokholmda keçirilmiş “Eurovision-2016” mahnı müsabiqəsinin qonaqları şəhərdə 263 milyon kron (təxminən 31 milyon dollar) xərcləyiblər. Şouya baxmaq üçün Stokholma 38 min “Eurovision” pərəstişkarı gəlib. Bu müsabiqəni televiziya vasitəsilə 200 milyondan çox tamaşaçı izləyib.

Bu məlumatı İsveç KİV-ləri mahnı müsabiqəsinin təşkilatçılarına istinadla yayıblar. Təşkilatçılar bildiriblər ki, tədbirin keçirilməsi şəhərə xeyli qazanc gətirib. Nəticədə “Eurovision” yarışması şəhər üçün son illərin ən qazanclı tədbirlərindən birinə çevrilib. Bunu 2012-ci ildə “Qloben” arenasında keçirilmiş Xokkey üzrə Dünya Çempionatı ilə müqayisə etmək olar.

İsveç “Eurovision”u təşkil etməsinə görə də mükafatlandırılıb. Müsabiqənin təşkilatçılarından birinə – İsveçin SVT ictimai televiziyasına Berlində ən yaxşı əyləncəli proqrama görə “Rose D’Or” mükafatı təqdim edilib.

Stokholm meri Karin Vannqord KİV-ə müsahibəsində bildirib ki, onun “Eurovision” müsabiqəsinə bəslədiyi böyük ümidlər özünü doğruldub. Merin sözlərinə görə, şəhər müxtəlif istiqamətlərdə böyük tədbirləri keçirməyə hazırdır. Stokholm “Eurovision” yarışmasına yenidən ev sahibliyi etmək uğrunda mübarizə aparacaq.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.