MƏDƏNİYYƏT


“Eurovision-2017”: Diana Hacıyeva, Azərbaycandan gələn kometa

Paris, 15 yanvar, AZƏRTAC

Fransanın http://tvmag.lefigaro.fr/ saytında “Eurovision-2017”: Diana Hacıyeva, Azərbaycandan gələn kometa” adlı məqalə dərc edilib.

Məqalədə ölkəmizin “Eurovision” mahnı müsabiqələrində iştirakından söz açılıb. Həmçinin Azərbaycanın “Eurovision” mahnı müsabiqəsinə son bir neçə ildə qoşulmasına baxmayaraq, böyük performanslar göstərməsi və qələbə qazanması qeyd olunub.

Yazıda “Eurovision-2017” mahnı müsabiqəsində ölkəmizi xüsusi musiqi stili olan caz müğənnisi 27 yaşlı Diana Hacıyevanın təmsil edəcəyi bildirilib.

Saytda Diana Hacıyevanın ifasında “İ break again” mahnısı təqdim olunur (http://tvmag.lefigaro.fr/programme-tv/eurovision-2017-diana-hajiyeva-l-ovni-de-l-azerbaidjan_557855d6-d8ea-11e6-b565-a1f91d4e67bf/ ).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.