MƏDƏNİYYƏT


“Eurovision-2018” mahnı müsabiqəsinin vaxtı açıqlanıb

Bakı, 26 iyul, AZƏRTAC

Gələn il Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək “Eurovision-2018” beynəlxalq mahnı müsabiqəsinin yarımfinal və final mərhələlərinin tarixi açıqlanıb.

AZƏRTAC xəbər verir ki, müsabiqənin yarımfinal mərhələsi gələn il mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.

“Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq “Eurovision-2017” müsabiqəsini qalibi adını qazanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.