DÜNYA


“Eurowings” və “Germanwings” aviaşirkətlərinin təxminən 380 aviareysi təxirə salınıb

Bakı, 27 oktyabr, Elvin Camalov, AZƏRTAC

Almaniyanın “Lufthansa” aviaşirkətinin törəməsi olan “Eurowings” və “Germanwings” aviaşirkətlərinin təxminən 380 aviareysi təxirə salınıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, aviareyslərin təxirə salınmasına səbəb təyyarə bələdçilərinin oktyabrın 26-dan 27-nə keçən gecə başlayan tətili olub. Tətilin 24 saat davam etdirilməsi planlaşdırılıb. Bələdçilərin tətili əmək şəraitinin yaxşılaşdırılması və əmək haqlarının artırılması tələbi ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.