CƏMİYYƏT


Evdə hazırlanan və hər kəs üçün faydalı şirə

Bakı,16 may, AZƏRTAC

"Hər səhər yuxudan oyanandan sonra ev şəraitində sadə resept əsasında bitkilərdən hazırlanan içkinin qəbul edilməsi sağlamlıq üçün çox faydalıdır". Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində həkim-fitoterapevt Fizuli Hüseynov deyib. Onun təklif etdiyi resept çox sadədir: 1 çay qaşığı qarazirə yağı, 1 çay qaşığı bal və 1 çay qaşığı limon şirəsi bir-birinə qarışdırılaraq səhər yuxudan oyanandan sonra acqarına içilir.

F. Hüseynov içki barədə bunları da söyləyib: "Şirə rahat içilir, içildikcə sevilir, çünki qanı durulaşdırır, mədə-qida borusu bağırsaqlarda səpmələr varsa, mədə qıcqırması, kolit olanlar üçün faydalıdır. Yüngül işlədici təsirə malikdir. Onun qəbulu immuniteti yüksəldir, allergiyadan əziyyət çəkənlər, əl və ayaqları həmişə soyuq olanlar üçün də faydalıdır. Qan dövranını yaxşılaşdırır və yaddaşı gücləndirir.

Uşaqların şirəni qəbul etməsi onların iştahını açır, əhvalını yüksəldir, böyrəkləri və ödü təmizləyir, acqarına mütəmadi içiləndə bağırsaq xovlarının arasındakı daşları təmizləyir, öd yollarındakı durğunluğu aradan qaldırır və yüksək xolesterini aşağı salır.

Müntəzəm qəbul edilməsi ürək xəstəliyi, infarkt və beyninə qan sızmasının qarşısını alır, çünki qan təzyiqini həmişə normada saxlayır, qanı qatılaşmaqdan qoruyur, damarların içini lipid və yağlardan təmizləyir, qaraciyər piylənməsinə imkan vermir.

Şirə vitaminsizlik və yorğunluq zamanı da çox faydalıdır və profilaktika üçün lazım gələndə gündə 2-3 dəfə də qəbul etmək olar".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.