DÜNYA


Everestdə üç alpinist həlak olub

Bakı, 22 may, AZƏRTAC

Everestin ən məşhur marşrut nöqtəsi – Hillari pilləsində baş verən qar uçqunu nəticəsində 3 alpinist həlak olub. Onların cəsədləri dağlarda külək səngidikdən və hava şəraiti axtarışa imkan verdikdən sonra aşkar edilib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Nepal məmurlarının sözlərinə görə, ekspedisiyanın həyatını itirən üzvlərindən biri – amerikalı həkim Roland Yearvud 2015-ci ildə bir dəfə qar uçqununa düşsə də, sağ qala bilmişdi. Onun cəsədi dağ zirvəsinin yaxınlığında tapılıb. Xilasedicilər, həmçinin slovakiyalı alpinist Vladimir Strabanın və avstraliyalı Françesko Enriko Markettinin də öldüyünü bildiriblər. Sonuncu hipoksiyanın (oksigen aclığı) qurbanı olub.

Mayın 20-də qrupdan ayrılan hindistanlı alpinistin axtarışı isə davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.