MƏDƏNİYYƏT


“Evroviziya-2017” mahnı yarışmasının keçirilməsinə 15 milyon avro ayrılıb

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Ukrayna hökuməti “Eurovision - 2017” mahnı müsabiqəsinin keçirilməsi üçün lazımi şəraitin yaradılmasına 15 milyon avro vəsaitin ayrılması haqqında qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu haqda məlumat hökumət portalında yerləşdirilib.

Xatırladaq ki, bu il İsveçin paytaxtı Stokholmda keçirilən Eurovision mahnı müsabiqəsində Ukrayna təmsilçisi Camala "1944" mahnısı ilə ilk yeri tutub. Yarışı qəbul etmək istəyən şəhərlər arasında ilk olaraq Kiyev, Dnepr, Lvov, Odessa, Xarkov və Xerson olsa da, onlardan yalnız üçü - Kiyev, Dnepr və Odessa növbəti mərhələyə adlayıb. Ev sahibi olacaq şəhərin adı ötən ayın 27-də elan olunmalı olsa da, maliyyə məsələlərinə görə qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Xatırladaq ki, 2012-ci ilin may ayında Bakı şəhərində “Eurovision - 2012” mahnı müsabiqəsi keçirilib. Bakıda baş tutan müsabiqə “Öz məşəlini alovlandır” şüarı altında təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.