SİYASƏT


“Exit-pol”: Rəyi soruşulan vətəndaşlar referendumda səsvermə üçün yaradılan şəraitdən razıdırlar 

A+ A

Bakı, 26 sentyabr, Ceyhun Alışlı, AZƏRTAC

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 17 saylı Yasamal üçüncü seçki dairəsi dairə seçki komissiyasının 2 saylı seçki məntəqəsində səsvermə prosesi üçün hər cür şərait yaradılıb. Burada olduğumuz müddətdə heç bir qayda pozuntusu və ya vətəndaş narazılığı ilə qarşılaşmamışıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində referendumla əlaqədar “exit-pol” aparan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin məntəqədəki nümayəndəsi Rəhim Bayramlı bildirib. Qeyd olunub ki, məntəqədə ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə davam edir. Hər bir vətəndaş səsvermədə yüksək əhval-ruhiyyədə iştirak edir. Sorğular göstərir ki, indiyədək səsvermədə iştirak edən hər bir vətəndaş seçki məntəqəsində yaradılan şəraitdən və səsvermə prosesindən razıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.