SİYASƏT


“Exit-poll”un ilkin nəticələri: Ölkə üzrə ümumi seçici fəallığı 66,8 faiz təşkil edib

A+ A

Bakı, 26 sentyabr, Maqsud Dadaşov, AZƏRTAC

Ümumxalq səsverməsində “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə keçirdiyi “exit-poll”un ilkin nəticələri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, mərkəzin rəhbəri Rafiq İsmayılov mətbuat konfransında “exit-poll”un 118 seçki dairəsində aparıldığını deyib. O bildirib ki, sorğu 152 seçki məntəqəsini əhatə edib. Müəyyən olunmuş metodologiyaya əsasən, Konstitusiyaya təklif edilən 29 əlavə və dəyişikliklər dörd bölmədə qruplaşdırılıb. Sorğuda 12 mindən çox səs verən şəxs iştirak edib.

“Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutunun direktoru Bruno Jabart bildirib ki, təhlükəsizlik və müdafiənin təmin edilməsi ilə bağlı təkliflərə 89,3 faiz seçici “hə” cavabı verib. İcra hakimiyyətinin strukturuna və səlahiyyətlər çərçivəsinə aid təkliflərə isə 88,9 faiz seçici müsbət cavab verib. İnsan hüquqları və azadlıqlarının konstitusion təminatları ilə bağlı təkliflərə 90,1 faiz seçici müsbət rəy bildirib. Konstitusiyada nəzərdə tutulmuş seçkili və təyinatlı vəzifələrə namizədlər üçün yaş məhdudiyyətinin ləğv edilməsi ilə bağlı bölməyə respondentlərin 88,8 faizi “hə” deyib.

Qeyd edilib ki, tədqiqat nəticəsində toplanmış məlumatların təhlilinə əsasən ümumxalq səsverməsində ümumi seçici fəallığı 66,8 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.