DÜNYA


“Exit-poll”un nəticələrinə görə “Gürcü arzusu” partiyası seçkilərdə ən çox səs toplayıb

A+ A

Tbilisi, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb. Gürcüstanın OBQ, GDS, İmedi və Maestro televiziya şirkətlərinin sifarişi əsasında TNS şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası 53,8 faiz, müxalifətdən olan “Vahid Milli Hərəkat” partiyası isə 19 faiz səs qazanıb. Bu nəticələrə əsasən yalnız bu iki partiya parlamentdə mandat əldə edə bilib.

Beynəlxalq GFK şirkətinin keçirdiyi “exit-pol”un nəticələri isə bir qədər fərqlidir. Şirkətin yekun hesabatına görə “Gürcü arzusu” səslərin 39,9 faizini, “Vahid Milli Hərəkat” partiyası isə 32,74 faizini toplayıb. “Vətənpərvərlər alyansı” 5,76 faiz, “Leyboristlər” partiyası 4,21 faiz, İrakli Alasaniyanın “Azad demokratlar” partiyası isə 3,21 faiz səs toplayıb.

“Exit-pol” 220 məntəqədə 10 min seçici arasında keçirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.