İQTİSADİYYAT
ExpressPay ödəniş terminallarında “Avirtel” üzrə ödəmələr əlavə olunub
Bakı, 3 iyul, AZƏRTAC
ExpressPay ödəniş terminallarına “Avirtel” internet provayderi üzrə ödəmələr əlavə olunub. Artıq müştərilər istifadə edəcəkləri internetin ödənişini ExpressPay terminalları vasitəsilə həyata keçirə bilər.
"Expressbank"dan AZƏRTAC-a bildiriblər ki, hazırda ödəniş terminallarında banka aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, PAŞA Sığorta, Bakı taksi, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.
ExpressPay ödəniş terminalları üzrə müştəri xidmətini artırmaq məqsədilə “Qaynar xətt” xidməti yaradılıb. Artıq müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə mesaj yaza bilərlər.
Ətraflı məlumatı132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]