İQTİSADİYYAT
ExpressPay ödəniş terminallarında Azərişıq üzrə ödəmələr əlavə olunub
Bakı, 1 aprel, AZƏRTAC
ExpressPay ödəniş terminallarına Azərişıq üzrə ödəmələr əlavə olunub. Artıq müştərilər istifadə edəcəkləri enerjinin dəyərini ExpressPay terminalları vasitəsilə artıra bilərlər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, Bakı taksi, mobil operatorlar, kommunal/rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.
Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sıraya digər kommunal ödənişlər, kabel televiziyaları, internet provayderlər və digər xidmətlər də daxildir.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.