İQTİSADİYYAT
ExpressPay terminallarına yeni xidmətlər əlavə olunub
Bakı, 6 fevral, AZƏRTAC
ExpressPay ödəniş terminallarına bir sıra elektron pul kisələri (PayPal, VISA Qiwi wallet, Wallet One, CashU, WebMoney, Яndex деньги və s.), xarici mobil operatorlar (МТС, Beeline, Geocell, Velcom və s.) üzrə balansların artırılması, lisenziyalı antivirusların (Avira, Dr.Web, Nod 32) alınması, həmçinin www.turbo.az saytı üzrə ödəmə xidmətləri əlavə olunub.
“Expressbank”dan AZƏRTAC-a bildirilib ki, hazırda ödəniş terminallarında banka aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu üzrə 110-dan artıq xidmət üçün inzibati cərimə, rüsum və başqa büdcə ödənişləri, EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, PAŞA Sığorta, Bakı taksi, mobil operatorlar, kommunal/rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.
Ətraflı məlumatı 132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi Facebook səhifəsindən (www.facebook.com/Expressbank) əldə etmək olar.