İQTİSADİYYAT
“ExpressPay” terminallarında “Bakcell” danışıq dəqiqələri hədiyyə olunur
Bakı, 25 noyabr, AZƏRTAC
“ExpressPay” ödəniş terminalları vasitəsilə “Bakcell” nömrələrinə minimum 3 AZN ödəniş etdikdə 3 dəqiqə, 5 manat və daha çox ödəniş etdikdə isə 5 pulsuz şəbəkədaxili danışıq vaxtı hədiyyə olunur.
“Expressbank”dan AZƏRTAC-a bildirilib ki, danışıq dəqiqələri yalnız Cin kart abunəçiləri üçün nəzərdə tutulub.
“Bakcell”in Klass və Gold abunəçilərinə isə SMS vasitəsilə aldıqları xüsusi kodu Cin kart abunəçilərinə verə bilərlər. Cin kart abunəçiləri bu kodu 5555 qısa nömrəsinə göndərməklə hədiyyə olunan dəqiqələri əldə edəcəklər. Qeyd edək ki, hədiyyə olunan dəqiqələr 3 gün ərzində istifadə olunmalıdır. Balansda olan hədiyyə dəqiqələrin qalığını *777# “YES” əməliyyatı vasitəsi yoxlamaq olar.
Hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, PAŞA Sığorta, Bakı taksi, mobil operatorlar, kommunal, rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.
Ətraflı məlumatı 132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.