İQTİSADİYYAT


“Expressbank” 500-dən çox “ExpressPay” terminalı quraşdırıb

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

“Expressbank” tərəfindən 500-dən çox “ExpressPay” terminalı quraşdırılıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, “Expressbank”ın sürətli və rahat ödəmə terminalları – “ExpressPay” müştərilərin xidmətindədir. “ExpressPay” hazırda bank tərəfindən təqdim olunan ən geniş ödəniş terminalları şəbəkəsidir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılan Hökumət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə müxtəlif növ dövlət ödənişlərini ödəməyə imkan verir. 2014-cü ildən indiyədək ölkəmizin müxtəlif iaşə-ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda 500-dən çox “ExpressPay” terminalları quraşdırılıb. Bu terminallar vasitəsilə edilən ödənişlər və hesaba mədaxillər dərhal həyata keçir və ödəniş əsasında qəbz təqdim olunur.

Müştərilərlə şəffaf və operativ münasibətlər üçün “ExpressPay” ödəniş terminalları üzrə “Qaynar xətt” xidməti yaradılıb. Belə ki, müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya “WhatsApp” vasitəsilə mesaj yaza bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.