İQTİSADİYYAT


“Expressbank” “Zolotaya Korona” müştəriləri üçün yeni aksiya keçirir

A+ A

Bakı, 20 noyabr, AZƏRTAC

“Expressbank” “Zolotaya Korona” pul köçürmələri sistemi ilə birlikdə xüsusi tarif əsasında yeni aksiya keçirir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, “Zolotaya Korona” pul köçürmələri sistemi ilə “Expressbank” vasitəsilə pul göndərən müştərilərə xüsusi endirimli tariflə xidmət olunacaq. Belə ki, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Moldova ölkələrinə pul göndərən “Expressbank” müştəriləri bu əməliyyat üçün 0,8 faizdən başlayan tariflərlə komissiya ödəyəcəklər. Pul köçürmələri ABŞ dolları, rubl və avro valyuta növlərində göndərilə bilər. Aksiya fevralın 28-dək davam edəcək.

Ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.