İQTİSADİYYAT
“Expressbank” elektron arayışlar əsasında kreditlər təklif edir
Bakı, 29 mart, AZƏRTAC
“Expressbank” Elektron Hökumət portalına qoşularaq, müştərilərə kreditləri elektron arayışla təklif edir. Bu xidmət vasitəsilə vətəndaşlar vaxt itkisinə yol vermədən, banka getmədən onlayn rejimdə portala daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, hazırda, bankın MXD, Mərkəz, Yasamal, Neftçilər və Sumqayıt filiallarında e-arayışlardan istifadəyə start veriblər və yaxın zamanda digər filiallarda da tətbiq olunacaq.
Qeyd edək ki, “Expressbank” müştərilərə milli valyutada kredit təklif etməkdə davam edir. Müştərilər bank filiallarına müraciət etməklə, manatla kredit rəsmiləşdirə bilərlər. Kreditin məbləği 10 min manatadək, maksimal müddəti isə 36 ay ola bilər.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.