İQTİSADİYYAT
“Expressbank” manatla nağd pul kreditləri təklif edir
Bakı, 18 iyul, AZƏRTAC
“Expressbank” müştərilərə milli valyutada sərfəli şərtlərlə istehlak kreditləri təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilər “Expressbank”ın filiallarından birinə müraciət edərək bankın təklifindən yararlana bilərlər. Bank müxtəlif istiqamətlər üzrə kreditlər təklif edir. Burada qızıl və ya daşınmaz əmlak girovu əsasında təklif edilən təminatlı kreditlərdən əlavə girovsuz və təminatsız kreditlər də mövcuddur.
“Expressbank” həmçinin kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. “Expresspay” ödəniş terminalları, “Expresspay” mobil əlavəsi və www.expressbank.az saytında şəxsi kabinet vasitəsi ilə müştərilər 24 saat ərzində kreditlərini ödəyə və ya hesablarında digər müxtəlif əməliyyatlar həyata keçirə bilərlər.
Ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.