İQTİSADİYYAT
“Expressbank” müştəriləri planşet və smart saat qazanacaqlar
Bakı, 5 oktyabr, AZƏRTAC
“Expressbank” bank kartlar üzrə MasterCard ilə birgə “Kartla al” aksiyası keçirir. Aksiya oktyabrın 20-dək davam edəcək.
Bankdan AZƏRTAC-a bildirilib ki, aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet (iPad), ən çox sayda nağdsız ödəniş edənlər smart saat (iWatch), ümumi ödənişlərin cəmi 100 AZN-dən az olmamaqla minimum 3 ödəniş edənlər isə Charger (enerji doldurma cihazı) qazana biləcəklər.
Müştərilər Maestro kartını 6 AZN, MasterCard Standard kartını isə 8 AZN-ə əldə edə bilərlər. Onların hesaba minimum 400 AZN ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə MasterCard Platinum kartlarını filiallarda və ya onlayn sifariş etmək imkanları var. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.
“Expressbank” həmçinin geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.
Hesabda olan məbləği “Expressbank” bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.