İQTİSADİYYAT
“Expressbank” yeni “SmileCard” məhsulunu təqdim edib
Bakı, 24 sentyabr (AZƏRTAC). “Expressbank” müştərilərə bank kartı vasitəsilə verilən yeni “SmileCard” kredit məhsulunu təqdim edib. Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən yeni kartı artıq bankın filiallarında əldə edə bilər.
Bankdan AZƏRTAC-a bildirilib ki, yeni kredit kartı müştərilərə pulsuz verilir və 5 il müddətində istifadə oluna bilər.
Kreditin maksimal məbləği isə 3 min manatdır. Məhsulun şərtlərinə görə müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, internetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6 faiz və ya 12 faiz təşkil edir, ilik faiz dərəcəsi isə sıfırdır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.