İQTİSADİYYAT


“Expressbank”dan “Smilecard” taksit kartı

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

“Expressbank” müştərilərə “Smilecard” taksit kart məhsulunu təklif edir.

Bankdan AZƏRTAC-a bildirilib ki, bu karta sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında “Expressbank”ın istənilən filialına yaxınlaşmaqla özündə həm taksit kart, həm də “cash back” (xərclənən məbləğin bir hissəsinin geri qayıtması) funksiyalarını birləşdirən “Smilecard”ı ala bilərlər.

“Smilecard” 2 min AZN-dək arta bilən taksit balansına malikdir. “Smilecard” sahibləri kartdan istifadə edərkən (pul nağdlaşdırması, onlayn alış-veriş, nağdsız ödənişlər) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. “Smilecard”ın sonsuz üstünlükləri sırasında - kartın pulsuz verilməsi, 4 ilədək istifadə müddəti, pulsuz SMS məlumatlandırma və sair sadalamaq olar. Ən əsası isə ay ərzində ödənilən məbləğ kartda bərpa olunaraq təkrar istifadə oluna bilər.

“ExpressClub” şəbəkəsi çərçivəsində “Smilecard”la POS-terminal vasitəsilə tərəfdaş şirkətlərdə nağdsız ödənişlər etdikdə 20 faizədək "Cash back" müştərilərə geri qayıdır. Şəbəkəyə daxil olan tərəfdaşların siyahısı daim yenilənməkdə və artmaqdadır. Tərəfdaş olmayan müəssisələrdə isə "Cash back" xərclənən məbləğin 0,3 faizini təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.