İQTİSADİYYAT
“Expressbank”dan qış fürsəti
Bakı, 29 noyabr, AZƏRTAC
“Expressbank” Facebook sosial şəbəkə istifadəçiləri arasında “SmileCardla qış fürsəti” adlı müsabiqə keçirəcək.
Bankdan AZƏRTAC-a bildirilib ki, müsabiqə dekabrın 1–dən 21-dək davam edəcək.
Müsabiqə ərzində ən çox həcmdə nağdsız ödəniş edən 300 manat, ən çox sayda nağdsız ödəniş edən 200 manat, müsabiqənin ilk nağdsız ödəniş edən müştərisi isə 100 manat qazana biləcək. Minimal ödəniş 10 manat olmalıdır. İnternet vasitəsilə həyata keçirilən onlayn ödəmələr müsabiqədə iştirak etmir.
SmileCardın şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, internetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə edilə bilər.
Ətraflı məlumatı 132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın Facebook səhifəsindən (www.facebook.com/Expressbank) əldə etmək olar.