CƏMİYYƏT
“Expressbank”ın “Gül, Balam” adlı fotomüsabiqəsinin ikinci mərhələsinə start verilib
Bakı, 29 may, AZƏRTAC
“Expressbank” 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Instagram və Facebook istifadəçiləri arasında “Gül, Balam” adlı fotomüsabiqə keçirir. Müsabiqənin birinci mərhələsi sona çatıb və ikinci mərhələyə start verilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, birinci mərhələnin şərtlərinə görə, mayın 29-dək iştirakçılar gülümsəyən uşaq şəkilləri çəkməli və #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdirməli idilər.
İkinci mərhələnin şərtlərinə görə isə, seçilən 10 şəkil bankın Facebook səhifəsində yerləşdirilib və “like”lar vasitəsilə səsvermə keçirilir.
Fotolarla bankın rəsmi Facebook səhifəsində tanış olmaq olar – https://www.facebook.com/media/set/?set=a.945429775507342.1073741832.151990304851297&type=3&uploaded=11 .
İyunun 5-də yekunlaşan müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 300 AZN, Visa Gold + 200 AZN və Visa Classic + 100 AZN təqdim olunacaq.