İQTİSADİYYAT
“Expressbank”ın Visa kartları ilə ödəniş edən 16 nəfər qalib olub
Bakı, 19 avqust, AZƏRTAC
“Expressbank”ın Visa kartları ilə keçirdiyi “Arzularınızın səyahətini qazanın!” şüarı altında stimullaşdırcı lotereyanın qaliblərinə hədiyyələr təqdim edilib.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, “Expressbank”ın bir müştərisi 6350 AZN məbləğində səyahət paketi, 15 müştərisi isə “Sabina Perfumery&Cosmetics” mağazasından hər biri 50 AZN olan kupon əldə ediblər.
Həmçinin bildirilib ki, “2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın!” lotereyası davam edir. Müştərilər iyunun 22-dən avqustun 21-dək POS-terminal vasitəsilə etdikləri ödənişlərin qəbzini özlərində saxlayıb və bu ödənişin detallarını www.visa.com.az saytında xüsusi xanada qeyd etməlidirlər.
Sentyabrın 1-də keçiriləcək lotereyada 10 ədəd Panasonic Smart TV və 30 ədəd Samsung Galaxy Smartphone oynanılacaq.
Ətraflı məlumatı 132 məlumat mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə (www.facebook.com/Expressbank) daxil olaraq əldə etmək olar.