İQTİSADİYYAT
“Expressbank”ın müştəriləri “Mücrü” əmanəti növü üzrə əmanətlərini artıra bilər
Bakı, 4 may, AZƏRTAC
“Expressbank”ın “Mücrü” əmanəti ilə müştərilər əmanətlərini 1,2,3 illik müddətə yerləşdirə bilər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, hesabı açmaq üçün minimal məbləğ 50 AZN/USD/EUR, əlavə olunan məbləğ isə minimum 10 AZN/USD/EUR olmalıdır. Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Hesab sahiblərinə plastik kart hədiyyə olunur.
Bundan başqa “Mücrü” əmanətçiləri əmanətin 80 faizədək məbləğində kredit və ya kredit xətti sifariş edə bilərlər. Kreditin faiz dərəcəsi əmanətin müqavilə üzrə faiz dərəcəsinə 4 faiz əlavə olunaraq təyin olunur. Kredit müqaviləsinin müddəti əmanətin müddətinə görə müəyyən olunur.
Müştərilər “Mücrü” əmanət növü üzrə əmanətlərini həm bankın korporativ saytı, həm də ExpressPay ödəniş terminalları vasitəsi ilə istənilən vaxt artıra bilərlər.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.